ŞƏMS VƏZZÜHA

Quran ayələrindən: günəş və işıq.
ŞƏMS
ŞƏRƏFƏ
OBASTAN VİKİ
Hicri-şəms
Hicri-şəmsi təqvimi (fars. تقویم هجری شمسی؛ سالنمای هجری خورشیدی‎) — İranda və Əfqanıstanda rəsmi təqvim olaraq istifadə edilən astronomik günəş təqvimi. Təqvim Ömər Xəyyamın iştirakı ilə hazırlanmışdır və müasir dövrə qədər bir neçə dəfə üzərində dəqiqləşdirilmə aparılmışdır. Təqvimdə tarix hicrətdən (Məhəmməd peyğəmbərin 622-ci ildə Məkkədən Mədinəyə köçməsi) hesablanır, amma klassik islam təqvimi olan hicri-qəməri təqvimindən fərqli olaraq İran təqvimi günəş (tropik) ilinə əsaslanır. Ona görə də onun ayları ilin həmişə eyni zamanlarına dəng gəlir. İlin başlanğıcı yaz gecə-gündüz bərabərliyi günü hesab olunur (Novruz bayramı).
Səmayi-Şəms
Səmayi-Şəms – zərbi muğamı "Şur" muğam və məqam kökünə əsaslanır. O, müstəqil bir zərbi muğam olmaqla yanaşı, həmçinin "Şur" dəstgahının kulminasiya şöbəsi sayılır. Belə ki, müasir "Şur" dəstgahında o, "Şikəsteyi – fars" və "Əşiran"dan sonra ifa olunur. Məhz ondan sonra isə "Hicaz" və "Sarənc" şöbələri gəlir. Adlarını çəkdiyimiz şöbələr "Şur" dəstgahının "Səmayi – şəms"ndə oxunmaqla yanaşı, Səmayi – şəms müstəqil zərbi muğam şəklində ifa olunan zaman da xanəndələr həmin şöbələri "Hicaz" və "Sarənc"i ona əlavə edirlər. Lakin bu zaman improvizə səciyyəli vokal partiya əvvəlki kimi dəqiq ölçüyə əsaslanan müşayiət fonunu davam etdirir. Deməli, Səmayi – şəms başqa zərbi muğamlara nisbətən daha iri həcmlidir. Çünki onun müstəqil şəkildə ifası zamanı "Hicaz" və "Sarənc"də toxunulur. Onu da qeyd edək ki, tarda müşayiət zamanı Səmayi – şəms güclü, dolğun mizrab işlətməklə çalınmalıdır. Səmayi –şəmsin mətni ancaq əruz vəznində yazılmış qəzəllər təşkil edir.
Səmayi–Şəms
Səmayi-Şəms – zərbi muğamı "Şur" muğam və məqam kökünə əsaslanır. O, müstəqil bir zərbi muğam olmaqla yanaşı, həmçinin "Şur" dəstgahının kulminasiya şöbəsi sayılır. Belə ki, müasir "Şur" dəstgahında o, "Şikəsteyi – fars" və "Əşiran"dan sonra ifa olunur. Məhz ondan sonra isə "Hicaz" və "Sarənc" şöbələri gəlir. Adlarını çəkdiyimiz şöbələr "Şur" dəstgahının "Səmayi – şəms"ndə oxunmaqla yanaşı, Səmayi – şəms müstəqil zərbi muğam şəklində ifa olunan zaman da xanəndələr həmin şöbələri "Hicaz" və "Sarənc"i ona əlavə edirlər. Lakin bu zaman improvizə səciyyəli vokal partiya əvvəlki kimi dəqiq ölçüyə əsaslanan müşayiət fonunu davam etdirir. Deməli, Səmayi – şəms başqa zərbi muğamlara nisbətən daha iri həcmlidir. Çünki onun müstəqil şəkildə ifası zamanı "Hicaz" və "Sarənc"də toxunulur. Onu da qeyd edək ki, tarda müşayiət zamanı Səmayi – şəms güclü, dolğun mizrab işlətməklə çalınmalıdır. Səmayi –şəmsin mətni ancaq əruz vəznində yazılmış qəzəllər təşkil edir.
İsmayıl Şəms
Ismayıl Şəms (1918–2008), ədəbiyyatşünas, tərcüməçi, şərqşünas İsmayıl Qasım oğlu 1918-cı ildə Güney Azərbaycanın mərkəzi Təbrizdə anadan olmuşdur. Orta məktəbi Təbrizdə bitirdikdən sonra Tehran universitetinin hüquq fakültəsində oxumuşdur. Az sonra İran gömrük idarəsində rəis müavini postunda işləmişdir. Gömrükdə rüşvətxorluqla razılaşmayan Ismayıl Şəms orada işləməkdən imtina edir və Təbrizə qayıdır. 1940-cı il Hacı Əli Şəbüstəri, Maşınçı, Əxgər, Padiqan və başqa silahdaşları ilə birlikdə "Azərbaycan Cəmiyyətini" yaradır və cəmiyyətin orqanı "Azərbaycan" qəzetinin redaktoru olur. Cəmiyyətin fəaliyyətinin genişləndiyini görən Sovet Dövlətinin adamları ona və məsləkdaşlarına cəmiyyəti buraxıb Tudə partiyasına birləşməyi təklif edirlər. Bu təkliflə razılaşmayan İsmayıl Şəms ruslar tərəfindən Sovetlər Birliyinə sürgün edilir. Güney Azərbaycanda Milli Azadlıq Hərəkatı genişləndikdən sonra, o Güney Azərbaycana qayıdır və Azərbaycan Demokrat Firqəsinin yaranmasına yardımçı olur. Azərbaycan Milli Məclisinin millət vəkili və Pişəvərinin rəhbərliyi ilə yaranmış Azərbaycan Anayasa Komisyonunun üzvü olur. 1946-cı ildə Milli Dövlət yeniləndən sonra Sovetlər Birliyinə keçir.
Şəms Kəsmai
Şəms Kəsmai (1883, Yəzd – 1961, Tehran) — İran şairi. Şəms Xəlil qızı Yəzddə anadan olmuşdu. Babası Hacı Məhəmmədsadiq Tiflislidir. Əcdadı Gilanın Sövməə-Səra şəhristanının Kəsma kəndindən idilər və Gürcüstana muhacirət etmişlər və sonra yenə İrana qayıdıblar. O, azərbaycan, fars və rus dillərini bilirdi. XX əsrin 50-ci illərinə qədər yazıb-raratmışdı. Şəms ilk qadındır ki, Təbrizdə azad və çarşabsız gəzmiş və buna görə cürbəcür təhqirlərlə üzləşmişdir. Təbrizdə çıxan "Təcəddüd" qəzeti ilə yaxından əməkdaşlıq edib, yazdıqları şeirlərlə müntəzəm çıxış edən Cəfər Xamneyi, Şəms xanım Kəsmai və başqaları idi. C.Xamneyi ali təhsilini Fransada, Şəms xanım isə Rusiyada almışdı. Sözsüz ki, onların təhsil aldığı ölkələrdəki ədəbi mühit bu iki istedadlı gəncin sonrakı yaradıcılığında dərin iz qoymuşdu.
Şəms Mustafayeva
Şəms (Şəmsiyyə) Mustafayeva — Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasınını rektorunun müşaviri və strateji inkişaf şöbəsinin müdiri Şəms Mustafayeva, “Hamımız üçün yaxşı dünya yaradan Qadın İkonası” mükafatına layiq görülən ilk azərbaycanlı. Şəms Mustafayeva Mingəçevir şəhərində doğulub. Ş. Mustafayeva orta məktəbi Mingəçevirdə bitirib. Azərbaycan Dillər Universitetinin ingilis-alman dili fakültəsinə daxil olmuşdur.Bu arada da magistr dərəcəsi almaq üçün Xarici Dillər Universitetinə qayıdıb. Tədris metodikası üzrə həm beynəlxalq sertifikat, həm də magistr dərəcəsinə malikdir.2008-ci ildə yenidən Amerikaya təhsil almağa yollanıb. Bu dəfə İREX təşkilatının Edmund S.Muskie proqramının mükafatçısı kimi. Üstəlik, Amerikanın idarəetmə üzrə bir nömrəli məktəbi Siraküzda Universitetində İdarəetmə və Beynəlxalq Əlaqələr üzrə iki magistr dərəcəsinə yiyələnib. Təhsilini bitirib Mingəçevirə qayıdıb və 4 il orada müəllimə işləyib. Karyerası da məhz buradan başlayıb. Müəllimə işləyərkən British Consulun təlimlərinə qatılıb, proqramlarında iştirak edib və müxtəlif beynəlxalq QHT-lərdə çalışıb.
Şəms Pəhləvi
Şəms Pəhləvi (fars. شمس پهلوی‎; 28 oktyabr 1917, Tehran – 29 fevral 1996, Santa-Barbara, Kaliforniya) – İranın Şahənşahı Məhəmməd Rza Pəhləvinin bacısı, Rza şah Pəhləvi övladı. Qardaşının hakimiyyəti illərində Qırmızı Aslan və Günəş Cəmiyyətinin prezidenti olmuşdur. Şəms Pəhləvi 1917-ci ilin 28 oktyabr tarixində Tehran şəhərində Rza şah Pəhləvi və Tacülmülukün böyük qızları olaraq anadan olmuşdur. Şəms Pəhləvi atasının təziqi ilə İranın 1935–1939-cu illərdə baş nazir olmuş Mahmud Cəmin oğlu Firudin Cəmlə evləndirilmişdir. Rza şah Pəhləvinin ölümündən sonra məcburi evləndirilən Şəms Pəhləvi boşanmışdır. 1941-ci ildə İranda anqlo-sovet işğalının başlamasından sonra Rza şah Pəhləvi hakimiyyəti təhvil vermək məcburiyyətində qalmış və sürgünə yollanmışdır. Rza şah Pəhləvinin sürgündə olduğu Mavriki Respublikasının Port-Luiz və daha sonra gedəcəkləri CAR-ın Yohannesburq şəhərlərində Şəms atası ilə birlikdə olmuş və bu dövrdə İranda çap edilən günlük Ettela'at qəzetində öz xatirələrini çap etdirmişdir. Şəms Pəhləvi 1945-ci ildə ölkənin bir müddət Mədəniyyət Naziri olmuş Mehrdad Pahlbod adlı iranlı ilə evlənərək Amerika Birləşmiş Ştatlarının Kaliforniya ştatına köçmüşdür. Bu dövrdə ailənin Tehranla olan əlaqələri hələ də, qalmaqda idi və 1951–1954-cü illəri əhatə edən Abadan böhranından sonra Şəms Pəhləvi İranı yenidən tərk etmək məcburiyyətində qalmışdır.
Şəms Təbrizi
Şeyx Şəms Təbrizi (d. 1185 – ö. 1248) — mənşəcə Azərbaycan türklərindən olan böyük filosof, şair və yazıçı. O, İranın ən sirli personajlarından biridir. Şəms Təbrizinin türbəsi. Məqalət-e Şəms-i ​​Təbrizi (Şəms-i ​​Təbrizinin söhbəti) Şəms tərəfindən yazılmış farsca nəsr kitabıdır.[11]Bütövlükdə, İslamın mistik şərhini daşıyır və ruhani tövsiyələri ehtiva edir:Fars dili haqqında dedi: və fars dili, necə oldu? O qədər zəriflik və xeyirxahlıqla ki, fars dilində olan məna və zəriflik ərəb dilində yoxdur.[12]Öz dövrünün ən nüfuzlu sufilərindən biri sayılan Şəms əd-Din Məhəmməd ibn Əli ibn Məlikdad Təbrizi Təbrizdə doğulub. Onun həyatı barədə məlumat olduqca azdır. Məlum olanlar da müəmmalıdır. Bəzi salnaməçilər hətta onun şahzadə oluduğuna da israr etmişlər.
Şəms surəsi
91-ci surə
Ayn Şəms Universiteti
Ayn Şəms Universiteti— Ayn Şəms Universiteti Misirin üçüncü ən qədim universitetidir. 1950-ci ilin iyulunda İbrahim Paşa adı altında əsası qoyulmuşdur. Misir universitetlərinin missiyasını həyata keçirmək və ali təhsilə artan tələbi ehtiva etmək üçün Qahirə (əvvəllər Birinci Faud) və İskəndəriyyə (əvvəllər Birinci Faruk) Universitetləri ilə əməkdaşlıq etmişdir. Ayn Şəms universiteti ən nüfuzlu Ərəb universitetlərindən biri hesab edilir. == Tarixi == 23 iyul 1952-ci il inqlabından sonra Misir universitetlərinin adlarının ölkə tarixi və əlamətdar günləri ilə əlaqədar olması təkilifi irəli sürüldü. 21 fevral 1954-cü ildə universitetin adı dəyişdirilərək, Heliopolis Universiteti adlandırıldı. Elə həmin il, universitetin adı indiki, yəni Ayn Şəms adı ilə əvəz edildi. Ayn Şəms "Heliopolis" və yaxud tarixin ən qədim universiteti olan "On" kəliməsinin Ərəb dilinə tərcüməsidir. "On" Universitetinin əsası təxminən 5000 il bundan öncə qoyulmuşdur. Çox məşhur universitet idi, xüsusilə, astronomiya, həndəsə və tibb elmlərində bilik və elm qalası hesab olunurdu.
Yəhya mirzə Şəms
Yəhya mirzə Əbdülhüseyn mirzə oğlu Şəms (1874-1951)—Qacar şahzadəsi, həkim. Yəhya mirzə Əbdülhüseyn mirzə oğlu Şəms 1874-cü ildə Həmədan şəhərində doğulmuşdu. İbtidai təhsilini ailədə, orta təhsilini doğma şəhərində almışdı. Sonra Avropaya yollanmış, tibbi təhsil almış, həkim kimi vətənə dönmüşdü. Yəhya mirzə Şəms Lisanülhükəma ləqəbini daşıyırdı. Yəhya mirzə Şəms 1951-ci ildə Tehran şəhərində vəfat edib. Yəhya mirzənin Məhəmmədqulu mirzə adlı oğlu, Cahansultan xanım adlı qızı vardı. Ənvər Çingizoğlu, Qacarlar və Qacar kəndi, Bakı, "Şuşa", 2008, 334 səh.
Şəms Qeys Razi
Şəmsəddin Məhəmməd bin Qeys ər-Razi (XII əsr, Rey – XIII əsr) — XIII əsr İran şairi. Şəmsəddin Məhəmməd bin Qeys ər-Razi əvvəlcə Xarəzmşahlardan Əlaəddin Məhəmməd bin Tekişin dövründə, sonra isə onun oğlu Cəlaləddin Manqburnunun dövründə yaşayıb-yaratmışdır. Qeys ər-Razinin anadan olduğu il məlum deyildir, lakin Razi nisbəsi onun Tehranın yaxınlığındakı Rey şəhərindən olduğunu bildirir. Ümumiyyətlə orta əsr mənbələrində , məsələn, Hacı Xəlifənin "Kəşf əz-zünun" XIX əsrdə yaranmış Şəmsəddin Saminin "Qamusül-əlam" və digər əsərlərdə Şəms Qeys Razi haqqında demək olar ki, məlumata rast gəlmirik. Qeys Razinin həyat və yaradıcılığı haqqında biz yenə də ən çox məlumata onun "əl-Möcəm fi məayiri əşar əl-Əcəm" əsərinin dibaçəsində təsadüf edirik. Buradan məlum olur ki, Qeys Razi uzun müddət Mavərənnəhr və Xorasanda yaşamışdır. O, təqribən hicri-qəməri 601-ci il, miladi təqvimlə 1204-cü ildən sonra beş-altı il Buxarada, hicri- qəməri 614, miladi tarixlə 1217-ci ildə isə Mərvdə yaşamışdır. O, ümumiyyətlə Xarəzmşah Əlaəddin Məhəmməd bin Tekişin yaxın adamlarından olmuş, hətta 1217-ci ildə Xarəzmşah Bağdada yürüş edərkən Qeys Razi də onunla olmuşdur. Sonralar monqollar Xarəzmşahı təqib edərkən də Qeys Razi şahın dəstəsində olmuşdur. İraq yürüşünün uğurla nəticələnməməsindən sonra Şəms Qeys bir neçə il İraq və İraqi-Əcəm torpaqlarında yaşamışdır.
Şəms əl-maarif
Şəms əl-maarif və ya Şəms əl-Məarif və Lətaif əl-Avarif (ərəb. كتاب شمس المعارف ولطائف العوارف ‎) — XIII əsr aiddir. ruhları çağırmaq üçün sehrli prosedurların və sehrlərin təsviri özündə əks etdirən kitab. ( ərəb dilində Qrimuar), Misirin sufi şeyxi Əhməd əl-Buni (1225) tərəfindən tərtib edilmişdir. Şəms əl-maarif kitabı ümumiyyətlə ərəb və müsəlman dünyasında öz janrının ən təsirli dərsliyi kimi qəbul edili. Müasir formada kitab iki variantdan ibarətdir; Şəmsül-məarif əl-Kubra və Şəmsül-məarif əl-Suğra , birinci hissə daha böyükdür. İlk bir neçə fəsil oxucunu sehrli kvadratlar və əlifbanın rəqəm və hərf birləşmələri ilə tanış edir ki, bu da sehrli təsir göstərir və müəllifin fikrincə, cinlər , mələklər və ruhlarla ünsiyyət qurmağın yeganə yoludur. Sonrakı çap nəşrlərində çıxan məzmun cədvəli nömrələnməmiş qırx fəsildən ibarətdir ( fasl). Çap nəşrinin yaranmasına qədər hər birinin uzunluğuna görə fərqlənən üç siyahı mövcud idi. Kitab İslam dünyasında məşhur idi, lakin eyni zamanda İslam tarixinin çox hissəsi boyunca qadağan edildi.
Qabus Şəms əl-Məali
Qabus Şəms əl — Məali (X əsr – 1012, Qorqan)— Ziyarilərin hökmdarlarından biri. Onun hakimiyyət illəri 978–1012-ci illəri əhatə edir . Onun atası Vuşmagir (935–967) Samanilər dövlətindən vassal asılılığını qəbul etmişdir . 967-ci ildə Vuşmagirin ölümündən sonra hakimiyyətə böyük oğlu Bisitun gəlmişdir . Bisitun dövləti 978-ci ilə qədər idarə etmişdir . Onun ölümündən sonra hakimiyyətə özündən yaşca kiçik olan qardaşı Qabus Şəms əl — Məali gəlmişdir . Bacarıqlı sərkərdə , çevik siyasətçi , mahir diplomat və dövlət xadimi olan Qabus Şəms əl — Məali əsas diqqəti Ziyarilər dövlətinin iqtisadi inkişafına və tam müstəqillik əldə etməsinə yönəltmişdir . Qabus Şəms əl — Məali Samanilər dövlətinin hökmdarlarının vassalı sayılsa da , fürsət düşdükcə onlara qarşı çıxırdı . Qabus Şəms əl — Məali Ziyarilər dövlətinin gəlirlə-rini artırmaq məqsədi ilə kənd təsərrüfatını , sənətkarlığı və ticarəti canlandırırdı . Eyni zamanda Samanilər dövlətinin hökmdarı II Nuha (976–997) Ziyarilər dövlətinin ərazisində təbii fəlakətlərin baş verdiyini yazan Qabus Şəms əl — Məali ödədiyi xəracı ixtisara saldırır .
Şəms-i Hacıyan (Urmiya)
Şəms-i Hacıyan (fars. ‎‎شمس حاجيان‎‎) — İranın Qərbi Azərbaycan ostanının Urmiya şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 511 nəfər yaşayır (129 ailə).
Yusif və Züleyxa (Şəms Təbrizi)
Yusif və Züleyxa — Şəms Təbrizi tərəfindən türk dilində məsnəvi formasında yazılmış romantik poemadır. Bu mövzuda yazılmış digər əsərlərdən fərqli olaraq, Şəmsin poemasının əsas mövzusu məhəbbət macərası yox, həsəddir. On yaşına çatmış Yusif gördüyü yuxunu atasına nağıl edərək deyir: Bu yuxudan ata sevinmir, əksinə kədərlənir. Səbəb kimi isə həyat qanunu göstərilir: Yəqub yuxunu yozaraq oğluna onu bir sirr kimi gizli saxlamağı tapşırır: Lakin, Yusif ata nəsihətini unudur, qardaşları ilə seyrə çıxarkən onlara hər şeyi nəql edir. Onsuz da Yusif ailədə çox sevildiyi üçün gözü götürməyən qardaşlar ona həsəd aparır və quyuya salırlar. Oğlunu itirmiş ata iztirablarını qəzəl ilə ifadə edir: Poemanın sonunda Yusiflə Züleyxanın məhəbbət macərası təsvir edilir. Əsərin ümumi süjeti ilə sıx əlaqələndirilən bu hadisə poemanın məzmununu xeyli zənginləşdirir. Burada, şöhrət ehtirasından azad olan və ürəkləri saflandıran sevgi aləmi ilə insanları yırtıcı canavara çevirən şöhrət, hiylə və yalan dünyası müqayisə edilir. Yəqub – Yusifin atasıdır. Poemada Yəqub obrazı ilə tanışlıq əsərin ilk shifələrindən başlayır.